Dejavünün səbəbi tapıldı

23 Noyabr 2025 20:08

Alimlər dejavü hissinin insanlarda gələcəyi proqnozlaşdıra bildikləri illüziyasını yaratdığını sübut edən ilk eksperimental nəticələri əldə ediblər.

Milli.Az xəbər verir ki, araşdırmada iştirakçılar müxtəlif virtual reallıq məkanlarında videoturlara baxıblar. Bəzi səhnələr təkrarlanaraq yaddaş izləri gücləndirilib. Daha sonra onlara yeni, lakin struktur baxımından oxşar məkanlar göstərilib və bu, iştirakçılarda dejavü hissi yaradıb.

Nəticə göstərib ki, dejavü nə qədər güclü olurdusa, iştirakçılar növbəti anı düzgün təxmin etdiklərinə bir o qədər çox inanırdılar. Lakin onların cavablarının dəqiqliyi təsadüfi ehtimaldan yüksək olmayıb. Tədqiqatçılar bildirirlər ki, güclənmiş yaddaş izi bu illüziyanı artırır və dejavü ilə "gələcəyi hiss etmək" yanılması arasında birbaşa əlaqə mövcuddur. 

Milli.Az