UFC çempionu Həbib Nurməhəmmədovun papaqları hərraca çıxarılacaq.
Milli.Az xəbər verir ki, papaqlar "Telegram" platformasında hərrac yolu ilə satışa çıxarılacaq.
Hərracın noyabrın 22-də günorta saatlarında keçiriləcəyi bildirilib.
37 yaşlı Nurməhəmmədov papaqların satışa çıxarılması ilə bağlı danışıb:
"Bəzi hədiyyələr sadəcə maddi dəyərə malik deyil, onlar özündə xüsusi mənalar daşıyır. Mənim üçün papaq heç vaxt sıradan bir baş geyimi olmayıb".
Milli.Az