UEFA "Bavariya"nın yarımmüdafiəçisi Luis Diası üç oyunluq diskvalifikasiya tətbiq edib.
Milli.Az xəbər verir ki, məlumatı jurnalist Kristian Falk "X" platformasında yayıb. Qərara əsas səbəb kolumbiyalı futbolçunun Çempionlar Liqasının PSJ ilə görüşündə birbaşa qırmızı vərəqə almasıdır.
Sözügedən matçda "Bavariya" səfərdə 2:1 hesablı qələbə qazanmışdı. Dias 28-ci dəqiqədə rəqib müdafiəçi Əşrəf Hakimiyə qarşı sərt müdaxilə edərək ona ciddi zədə yetirdiyi üçün meydandan qovulmuşdu. Maraqlıdır ki, futbolçu həmin oyunda iki qol vuraraq dubla da imza atmışdı.
Diskvalifikasiya səbəbindən Luis Dias Çempionlar Liqasında "Arsenal", "Sportinq" və "Royal Union"la keçiriləcək qarşılaşmalarda komandaya kömək edə bilməyəcək.
Hüseyn
Milli.Az