Paytaxtda hər addımbaşı nar şirəsinin sıxılaraq satılmasına rast gəlirik.
Milli.Az xəbər verir ki, bu şirələri alanlarla yanaşı, anti-sanitar vəziyyətə görə almayanlar da var.
Həmin nar şirələri satılan köşkdə isə əlcəksiz, yuyulmamış qablar insanlarda sual yaradır.
Qida məsələləri üzrə ekspert Seymur Qafarov bildirib ki, qablaşım materialının gigiyenik sertifikatı olmalıdır:
"Süzmə avadanlığı olmadığında çöküntülər və eyni zamanda iş gedişatı ərəfəsində müxtəlif fiziki çirklər mövcüd ola bilər. Qabın üzərində olan kirin məhsula qarışması zəhərlənmə ilə nəticələnə bilər. Bu cür şəraitdə satılan məhsullar yolverilməzdir".
Qeyd edək ki, qida subyekti istehlakçıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etməlidir.
Asya
Milli.Az