Fransanın qərb sahilləri yaxınlığında yerləşən və Azərbaycan tamaşaçılarına ATV telekanalında yayımlanan eyni adlı macəra şousundan yaxşı tanış olan Fort Boyard qalası həm tarixi, həm də qeyri-adi görünüşü ilə dünyanın ən diqqətçəkən tikililərindən biridir.
Milli.Az xəbər verir ki, üzən vannaya bənzəyən bu 200 illik qala illərdir populyar televerilişlərin çəkiliş məkanı kimi tanınsa da, onun arxasında çoxqatlı və dramatik tarix dayanır.
.jpg)
Qalanın inşası ilk dəfə XVI əsrin 60-cı illərində - Fransa kralı XIV Luyinin hökmranlığı dövründə nəzərdə tutulmuşdu. Məqsəd ölkənin hərbi gücünü artırmaq və İngiltərənin mümkün hücumlarını dayandırmaq idi. Lakin tikintinin müxtəlif dövrlərdə fasilələrlə aparılması səbəbindən işlər 1809-cu ilə qədər uzanıb.
Tikintiyə təxminən 30 il fasilədən sonra Kral Lui Filipp tərəfindən yenidən start verilib və Fort Boyard nəhayət 1857-ci ildə tam hazır vəziyyətə gətirilib. O, oval formasına görə "dənizdə üzən hamam vannası"na bənzədilirdi.
.jpg)
Lakin paradoks ondadır ki, inşaat başa çatan kimi artıq qala hərbi baxımdan aktuallığını itirmişdi. Sürətlə inkişaf edən silah texnologiyaları Fort Boyardı istifadəsiz edib və o, bir müddət hərbi cəzaçəkmə müəssisəsi kimi istifadə olunub.
Bu gün Fort Boyard nə üçün tanınır?
XX əsrin sonlarından etibarən Fort Boyard kino və televiziya üçün ideal məkan kimi məşhurlaşdı. Dünyaca tanınan eyni adlı macəra şousu burada çəkilib. Həmin verilişin bənzəri Azərbaycanın ATV telekanalında da nümayiş etdirilib.Bu da Fort Boyardı Azərbaycan ictimaiyyətinə daha da yaxınlaşdırır.
.jpg)
Fidan
Milli.Az