Türkiyədə yaşayış binasında güclü yanğın: Ölən və yaralananlar var

22 Noyabr 2025 10:30

Türkiyənin Hatay şəhərinin Belen rayonunda yeddi mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Yanğın zamanı 2 nəfər ölüb, tüstüdən boğulan 14 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

Zərərçəkənlər yanğınsöndürənlər tərəfindən təxliyə edilib və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Milli.Az