Ketl və çaydandakı ərpi təmizləmək üçün ən çox istifadə edilən üsullar sirkə və sodadır. Lakin onların kəskin qoxusu, həmçinin sonrasında uzun müddət durulama tələb etməsi hər kəs üçün uyğun olmur. Mütəxəssislər isə həm daha təbii, həm də tamamilə təhlükəsiz yeni bir alternativi tövsiyə edir.
Milli.Az xəbər verir ki, Deccoria platformasının ev təmizliyi üzrə ekspertləri bildirir ki, çaydanın 3-4 həftədə bir təmizlənməsi cihazın ömrünü 50%-dək artırır və elektrik sərfiyyatını azaldır. Bazarda kimyəvi ərpaparanlar olsa da, təbii üsullar həm daha sərfəli, həm də sağlamlıq baxımından təhlükəsizdir.
Sirkə tərkibindəki asit sayəsində ərpi əridir, soda isə yüngül aşındırıcı kimi davranaraq mineral çöküntülərini təmizləyir. Bununla belə, sirkənin kəskin qoxusuna dözə bilməyən və ya sodadan effekt görməyənlər üçün daha yumşaq, lakin çox təsirli bir üsul var.
Təzə limonla aparılan təmizləmə çaydanı effektiv şəkildə ərpdən azad edir, üstəlik xoş ətir buraxır. Tamamilə təbii olduğuna görə daxili səthə də heç bir ziyan vurmur.
Bir limonu dilimləyib çaydana əlavə edin.
Üzərinə su töküb qaynadın.
Qaynadıqdan sonra ocağı söndürüb 30 dəqiqə gözləyin.
Limonun tərkibindəki sitrik asit ərpi əridəcək.
Daha güclü alternativ: Limon tuzu ilə təmizləmə
Ketl istifadə edənlər üçün mütəxəssislərin ən çox məsləhət gördüyü üsullardan biri limon tuzudur. Sitrik asit qızdırıcı hissələrə zərər vermir və ən çətin kireci belə rahatlıqla təmizləyir.
1 litr suya 2-3 yemək qaşığı limon tuzu əlavə edin.
Qarışımı qaynadın.
Minimum 30 dəqiqə gözlədin.
Sonra suyu boşaldın və çaydanlığı yaxşıca durulayın.
Bu üsul ən sərt və uzun müddət yığılan ərpi belə asanlıqla təmizləyir.
Lalə Qüdrətova
Milli.Az