Bakının 7 kəndinin sakinlərinə şad xəbər

22 Noyabr 2025 09:12

Bakının Binəqədi rayonunda, Binəqədi şosesindəki təmir işləri başa çatmaq üzrədir.

Milli.Az-ın məlumatına görə may ayından başlayan kanalizasiya xətti çəkilişləri 6 aydan sonra yekunlaşır.

Bakıda bu yolda piyadalar maşınlardan "bərk" gedir
Binəqədi yolunu bu hala kim salıb, bilinmir - VİDEO

Artıq sadəcə yolun qazılmış hissəsinə asfalt çəkmək qalıb.

Qeyd edək ki, Binəqədi şosesi və Azadlıq prospektindən Biləcəri körpüsünə qədər olan yol hər gün pik saatlarda ağır tıxacları ilə məşhurdur. Bu şosse Azadlıq prospekti ilə Binəqədi, Mehdiabad, Digah, Fatmayi, Goradil, Pirşağı, Novxanı, Sumqayıtı əlaqələndirir.

İsmayıl
Milli.Az