Yasamalda yanan binanın sakinləri içəri buraxılmır

22 Noyabr 2025 01:23

Yasamalda yanğın tam söndürülsə də, təhlükəsizlik səbəbindən bina sakinlərinin içəri daxil olmasına icazə verilmir.

Milli.Az xəbər verir ki, sakinlərin böyük hissəsi gecəni yaxınlarının evlərində keçirəcək, digərləri isə onlar üçün ayrılan yerlərdə gecələyəcəklər.

Hazırda bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. Ərazi polis əməkdaşları tərəfindən nəzarət altındadır.

Milli.Az