Nikolay Baskovun fantastik toy qiyməti

22 Noyabr 2025 08:24

Rusiyanın Xalq artisti Nikolay Baskovun korporativ tədbirlərdə və toylarda çıxış etmək üçün aldığı qonorar açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Baskov 40 dəqiqəlik çıxış üçün 6 milyon rubl (təxminən 127 500 AZN) alır. Onu toy aparıcısı kimi dəvət etmək isə 12 milyon rubla (təxminən 255 min AZN) başa gəlir.

Baskovun komandasına 27 nəfərlik heyət daxildir: musiqiçilər, rəqqasələr, geyim dizaynerləri, cangüdənlər və sürücülər. Sənətçi onlar üçün 12 maşın, özü üçün isə isti və işıqlı geyim otağı, yemək və bahalı şampan tələb edir.

Milli.Az