"Putin Trampın Ukrayna ilə bağlı təklifləri ilə razılaşıb"

22 Noyabr 2025 00:35

Rusiya Prezidenti Vladimir Putin öıləsinin ABŞ lideri Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri ilə razılaşdığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Prezident Trampın Ukraynadakı vəziyyətin nizamlanması üzrə sülh planı Alyaskadakı görüşdən əvvəl müzakirə edilib. Və bu ilkin müzakirə zamanı Amerika tərəfi bizdən müəyyən kompromislərə getməyi xahiş etdi", - Putin bildirib.

Onun sözlərinə görə, amerikalılar Moskvadan "çeviklik göstərməyi" istəyiblər.

"Biz təsdiq etdik ki, müəyyən çətin məsələlərə baxmayaraq, biz bu təkliflərlə razıyıq", - Rusiya lideri əlavə edib.

Milli.Az