Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun 4 saylı uşaq bağçası - körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 800 kv.m olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Milli.Az