“Sumqayıt” – “Qarabağ” matçında rekord qeydə alındı - VİDEO

21 Noyabr 2025 21:32

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan "Sumqayıt" - "Qarabağ" (2:4) oyunu mövsümün tamaşaçı rekordunu yeniləyib.

Milli.Az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan 9 100 biletin hamısı satılıb.

Bildirilib ki, bu, hazırkı mövsümdə oyunlarda ən yüksək azarkeş iştirakı kimi qeydə alınıb.

Görüntülərdə stadionun tam dolu olması diqqəti çəkir.

Milli.Az