"Soyuq mühərrikdə porşenlərin səs eləməsinin səbəbi onun temperatura görə ölçüsünün dəyişməsi ilə bağlıdır".
Milli.Az xəbər verir ki, bunu Qədir usta deyib. O, porşenlərin ətəyinin temperaturla əlaqədar genişlənib, sıxılmasını izahlı şəkildə göstərib.
Ustanın dediyinə görə mühərrikə soyuq halda qətiyyən qaz vermək olmaz. O, tövsiyyə edib ki, mühərrikin uzun ömrlü olması üçün hər zaman yaxşı yağ seçilməlidir.
Qədir usta "Hyundai", "Kia" mühərrikləri ilə bağlı danışarkən bildirib ki, digər mühərriklərdən fərqli olaraq bəzi modellərdə hər porşen üçün xüsusi yağ farsunkası ( yəni porşenin altına yağ vuran soyutma sprey ucluqları ) yoxdur. Bu səbəbdən mühərrikdə yağlanma yaxşı getmir.
Hyundai Kia mühərriklərinin əksəriyyətində sadəcə ümumi yağlama kanalları olur. Porşenin altına ayrıca yağ spreyi vuran sistem çox vaxt tətbiq edilmir. Bu da bəzi modellərdə porşen qızması və segman tutulması hallarının artmasına səbəb olur. Məsələn, Theta seriyasında rast gəlinən əsas problemlərdən biri məhz budur.
İsmayıl
Milli.Az