Azərbaycanlı müğənni 2 milyon manat ziyana düşdü

21 Noyabr 2025 17:30

Müğənni İbrahim Borçalı biznesindəki böyük zərərindən söz açıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, Rusiyada qurduğu biznes uğursuz alındığı üçün 2 milyon manatdan artıq ziyana düşüb.

İbrahim Borçalı açıqlamasında bu sözləri deyib:

"Bəlkə, həmin biznesi Azərbaycanda qursaydım, belə bir zərər yaşamazdım. Rusiyada işlər istədiyim kimi getmədi və böyük itki ilə üzləşdim".

Müğənninin açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az