Kosmetoloji klinikalar standartlara niyə cavab vermir?

21 Noyabr 2025 17:10

2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 33 kosmetoloji klinikada planlı və plandankənar yoxlamalar aparılıb və bütün müəssisələrdə müxtəlif nöqsanlar müəyyən edilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Kosmetoloji klinikada lisenziya olmadan iş və fəaliyyət (23 hal), lisenziyadan kənar iş və fəaliyyət (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma (1 hal), lisenziya şərtləri sualı üzrə (1 hal - protokol tərtib edilməyib) müəyyən nöqsanlar aşkar edilib.

Qeyd olunub ki, aşkar edilən hallar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, müvafiq icraata göndərilib.

Milli.Az