Türkiyədə idman xəbərləri təqdim edən məşhur aparıcı Gürler Akgün canlı efir zamanı duyğulu anlar yaşayıb.
Milli.Az xəbər verir ki, veriliş davam edərkən ona həyat yoldaşından mesaj daxil olub və aparıcı həmin an ikinci dəfə ata olacağını öyrənib.
Gözlənilməz xəbərdən sonra Akgünün gülümsəməsi və sevinc dolu reaksiyası sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Kadrlara istifadəçilər tərəfindən çoxsaylı şərhlər gəlib.
Hüseyn
Milli.Az