Azərbaycanda meyxanaçı əxlaqsızlığı təbliğ edir - FOTO

21 Noyabr 2025 15:30

Azərbaycanda meyxanaçı əxlaqsızlığı təbliğ edir.

Milli.Az xəbər verir ki, bu barədə Elçin Ləmbəranski məlumat verib.

O, iddia edir ki, Arif Tənha adlı meyxanaçı ailə dəyərlərinin məhvinə çalışır, əxlaqsızlığı, xəyanəti təbliğ edir.

"Bu adam guya meyxanaçıdır. Bütün günü belə paylaşımlarla gənc nəslin beynini pozmaqla məşğuldur. 2 dəfə zəng edib danışmışam. Dedim bəlkə məni anlayar.. Amma anlamadı. Belə hərəkətləri ilə gündəmdə qalmağa çalışır sadəcə. Amma, belə yazılar mənəvi dəyərlərimizə ziddir və biabırçılıqdır", - deyə o bildirib.

Milli.Az