"Öz aramızda" verilişinin növbəti buraxılışında qonaq olan opera ifaçısı, Milli Konservatoriyanın müəllimi Taleh Yahyayev aparıcıların verilişlərdəki davranışlarını sərt şəkildə tənqid edib.
Milli.Az-ın məlumatına görə, sənətçi efirdə bildirib:
"Elə aparıcılar var ki, az qala müğənninin alt paltarının qiymətini də soruşsunlar. Bu cür şeylərlə reytinq qazanmağa çalışmaq ayıb deyil? Efirə çıxan müğənninin ayağını yuxarı qaldırıb, etiketinə baxım qiymeti neçədir, deyirsən. Guya xəbərləri yoxdur, amma əvvəlcədən danışılıb".
Verilişin digər qonağı, müğənni Qumral isə belə hallarda günahın çox vaxt sənətçilərin üzərinə atıldığını deyib:
"Aparıcılar 'verilişi maraqlı edək' deyə, bizi qiymət açıqlamağa məcbur edirlər. Sonra da şərhlərdə bütün tənqidlər bizə yazılır. Ağza gələni yazırlar".
Hər iki sənətçinin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az