Hindistanın Tejas qırıcısı Dubayda nümayiş zamanı qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu haqda Vesti.az xəbər yayıb.
Hindistana məxsus qırıcı təyyarə 14:10-da qəzaya uğrayıb.
Mətbuatda yayılan məlumatlara görə, Dubayda keçirilən aviaşouda qəzaya uğrayan Hindistan qırıcı təyyarəsinin pilotu ölüb. təyyarənin texniki nasazlıq, yoxsa başqa səbəbdən qəzaya uğraması araşdırılır.
Qeyd edək ki, "Dubai Airshow" təkcə Yaxın Şərqdə deyil, həm də qlobal miqyasda ən böyük aviasiya tədbirlərindən biridir. Rusiyanın da iştirak etdiyi beynəlxalq aerokosmik sərgi iki ildən bir Dubayda keçirilir.
Milli.Az