Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq

21 Noyabr 2025 12:43

Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri üçün yeni dərsliklər hazırlanacaq.

Milli.Az xəbər verir ki, nazirlik bununla bağlı "Təhsil Nəşriyyat Poliqrafiya" şirkəti ilə müqavilə bağlayıb.

Amma hazırlanacaq dərsliklərin sayı və digər detalları haqqında məlumat açıqlanmayıb. 

Məlumata görə, dərsliklərin hazırlanmasına 48 500 manat vəsait sərf olunacaq.

Asya
Milli.Az