“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü

21 Noyabr 2025 10:36

"Yeganə" şadlıq sarayının dövlət qarşısında vergi borcunun yarandığı üzə çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 47 890.28 manat vergi borcunun yarandığı məlum olub. 

Qeyd edək ki, "Yeganə" şadlıq sarayı 2019-cu ildən "Yeganə Palace" MMC kimi dövlət qeydiyyatındadır. MMC-nin qanuni təmsilçisi Şahin Səfərovdur. 

Milli.Az