Məşhur aktyor qəfil vəfat etdi - FOTO

21 Noyabr 2025 10:13

"Jamesy Boy" və "Gotti" filmlərində baş rolları ilə tanınan kanadalı aktyor Spenser Lofranko vəfat edib.

Milli.Az xəbər verir ki, aktyorun ölümü Kanadanın Britaniya Kolumbiyası əyalətində araşdırılır. Səbəbi hələ müəyyən edilməyib.

Qardaşı Santino Lofranko İnstaqramda ulduzu yad edib və çərşənbə axşamı dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, Spenser özünü "həmişə insanları güldürməyə çalışan və həmişə diqqət mərkəzində olan" təbiətcə gülməli uşaq kimi təsvir edirdi. O, atasının onun xokkey oyunçusu və hüquqşünas olmasını istəməsinə baxmayaraq, 17 yaşından aktyorluqla məşğul idi.

Fidan
Milli.Az