İbrahim Tatlısəs məşhur aktrisadan olan qızından yazdı - FOTO

21 Noyabr 2025 13:00

Türkiyəli müğənni İbrahim Tatlısəs aktrisa Perihan Savaşdan olan qızı Mələklə bağlı sosial şəbəkədə diqqətçəkən paylaşım edib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi övladını ad günü münasibətilə təbrik edərək onunla bağlı ailə fotosunu izləyiciləri ilə bölüşüb. Şəkildə Perihan Savaş və cütlüyün qızları birlikdə yer alır.

Tatlısəs paylaşımına belə bir mesaj əlavə edib: "Yaxşı ki, dünyaya gəldin, qızım... Adı kimi mələk Mələyim, atan hər zaman yanındadır".

Xatırladaq ki, İbrahim Tatlısəs və Perihan Savaş 1979-1982-ci illərdə evli olublar və bu nikahdan onların bir qızı dünyaya gəlib. Məşhur sənətçinin ümumilikdə yeddi övladı var.

Musa
Milli.Az