"Qarabağ" FK-nın formalarının qiyməti valideynlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə uşaqlar üçün satışa çıxarılan formaların qiyməti ilə bağlı müzakirələr yaranıb.
Belə ki, klubun təqdim etdiyi 7-14 yaş üçün formaların 150 manat olması bəzi valideynlərdə narazılıq yaradıb.
Paylaşılan bir fotoda istifadəçi belə yazıb:
""Qarabağ" FK siz bizim fəxrimizsiniz, amma biz sizin formanızı 150 manata uşağımıza necə alaq? Uşaqdır, görür, istəyir axı".
Şərh bölməsində bir çox izləyici qiymətlərin yüksək olduğunu bildirərək klubdan bu məsələni nəzərə almağı xahiş edib. Digərləri isə keyfiyyətli və rəsmi məhsulların bahalı olduğunu qeyd ediblər.
Mina Mikayılova
Milli.Az