"Övladımın gələcəyini düşünmürəm" - efirdə mübahisə

22 Noyabr 2025 14:14

"Öz aramızda" verilişinin son buraxılışı müğənni Əbdül Xalidin səsləndirdiyi fikirlərlə gündəm olub.

Milli.Az xəbər verir ki, sənətçinin "övladımın gələcəyini düşünmürəm" ifadəsi efirdə gərginliyə səbəb yaradıb.

Əbdül Xalid verilişdə valideynlərin övladları üçün həddindən artıq fədakarlıq etməsini doğru hesab etmədiyini bildirib:

"Təhsilini düşünmürəm ayrı, bütün günü oturub ömrümü-günümü sərf edim ki, karyera qurum, obyekt açım, onun toyunu edim. Bu, nə qədər cahillikdir? Bəs nə vaxt özüm üçün yaşayım? Fədakarlıq lazım deyil", - deyə o, vurğulayıb.

Müğənni əlavə edib ki, valideynlərin övlad naminə hər şeyi qurban verməsi bəzən mənfi nəticələrə səbəb olur:

"Valideynlər var ki, pis yola düşən övladı üçün evini, maşınını satıb. Nəticədə özü küçələrdə qalıb, övladı da məhv olub. Mən belə fədakarlığı qəbul etmirəm. Öz valideynlərimə də demişdim ki, bundan ötrümü əziyyət çəkdiniz?".

Əbdül Xalidin sərt fikirləri studiyada əks reaksiyalarla qarşılanıb və qonaqlar arasındamübahisə yaranıb. Verilişin sözügedən çıxışı sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Musa
Milli.Az