İstanbul Respublika Prokurorluğunun oktyabrın 8-də məşhurlara qarşı başlatdığı narkotik araşdırmasında adı hallanan məşhur aktrisa Birce Akalay bu dəfə yol polisinin keçirdiyi reyd zamanı saxlanılıb.
Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Beşiktaşda aparılan müntəzəm yol yoxlaması zamanı polis Akalayın avtomobilini dayandırıb və alkoqol testi tətbiq edib. Nəticə aktrisanın qanında 1,12 promil spirt olduğunu göstərib.
Testdən sonra Birce Akalayın sürücülük vəsiqəsi müsadirə edilib və ona inzibati cərimə tətbiq olunub.
Xatırladaq ki, Akalayın adı daha əvvəl də məşhurların daxil olduğu geniş narkotik istintaqında hallanmışdı.İstintaq çərçivəsində bir çox tanınmış şəxslər "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" ittihamı ilə ifadə verməyə çağırılıb. Testi müsbət çıxan 19 nəfər arasında Birce Akalay da yer alır.
Milli.Az