Evlərdə tez-tez istifadə olunan aromatik bitkilərdən biri olan dəfnə, əsasən yeməklərə verdiyi xüsusi dadla tanınır. Lakin geniş yayılmış inanclara görə, dəfnə yarpağının yalnız mətbəxdə deyil, yataq otağının qapısında istifadəsi də gözlənilməz təsirlər yarada bilər. Antik dövrlərdən bəri müdriklik, təmizlik və qorunma rəmzi sayılan dəfnə, qapıya asıldıqda həm xoş qoxu yayır, həm də mühitdə sakit atmosfer yaradır.
Milli.Az xəbər verir ki, yataq otağının qapısı evin gündəlik hərəkəti ilə şəxsi məkan arasındakı sərhəd kimi qəbul olunur. Bu səbəbdən qapıya asılan dəfnə yarpağı həm simvolik, həm də praktik funksiyaya malikdir.
Zaman keçdikcə quruyan dəfnə yarpaqları yüngül aroma yayaraq otağın havasını təzələyir. Bir çox ənənədə isə qapıda yerləşdirilən dəfnənin evdə sakit, balanslı və gərginlikdən uzaq bir enerji yaratdığına inanılır. Həmçinin "qoruyucu nöqtə" kimi şəxsi məkanı daha müsbət enerji ilə əhatə etdiyi də deyilir.
Dəfnə yarpağının təbii qoxusu yataq otağında yaranan ağır və qapalı qoxuları aradan qaldırmaq baxımından da faydalıdır.
Dəfnə yarpağı qapıya necə asılır?
Dəfnə yarpağı təkcə qapıda deyil, evin müxtəlif yerlərində də ənənəvi olaraq istifadə edilir:
Yastıq altında: Daha sakit yuxu üçün istifadə olunur.
Cüzdan və ya çantada: Bərəkət və şans rəmzi kimi daşınır.
Mətbəxə yaxın yerdə: Evin ruzi-bərəkəti ilə əlaqələndirilir.
Evin girişində: Mühitin daha harmonik və rahat qalmasına kömək edir.
Avtomobildə: Səfərlərdə qoruyucu rəmz kimi seçilir.
Lalə Qüdrətova
Milli.Az