"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla birlikdə maraqlı fotosunu paylaşıb.
Milli.Az xəbər verir ki, foto 2006-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Q.Qrubanovun futbolla vida matçı zamanı çəkilib.
Həmin matçda R.Sadıqov "Qarabağ"ın çalışdırıcısı ilə eyni komandada oynayıb. Rəqib isə Azərbaycanda çıxış edən legionerlərin komandası olub. Qurban Qurbanovun qucağında isə o vaxt 4 yaşı olan oğlu Musa Qurbanlı da var.
Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov da fotoda yer alanlar arasındadır.
Milli.Az