"Bu, barda oxunacaq mahnı deyil, Nailənin ruhu əziyyət çəkir"

20 Noyabr 2025 22:12

Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun "Dünya mənə özün boyda dərd verdin" mahnısını oxumasına irad bildirib. 

Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində bacıların ondan icazə almadığını deyib. İfaçı bildirib ki, onlar mahnını ələ salırlar:

"Xəbərim yoxdur. Mənə heç bir söz demədən oxuyublar. Mənə zəng edib deyərdilər. Cavandırlar, musiqi dərinliyini bilmirlər. Biri var efir, biri var şou mahnıları. Biri də var toyda oxunanlar. Bu, klubda, barda, diskotekada oxunan mahnı deyil. Mənə müraciət etsəydilər, böyük kimi başa salardım. Hər yerin öz mahnısı var. Bu, barda oxunan mahnı deyil. Orada insanlar qışqırırlar, bəlkə sərxoşdurlar. Toylarda belə bunu məndən istəyəndə oxumurdum. Gəlib mənə yalvarırdılar. Verilişdə deyirdilər oxu, deyirdim olmaz. 

Bu mahnını yazanda Nailə Mirməmmədli elə bil dərdini hiss etmişdi. Onda xoşbəxt ailəsi var idi. Ondan sonra oğlunu itirdi. Çox ağır mahnı idi. Oğlunun meyidi ortada olanda Nailə ağlaya-ağlaya zəng etdi ki, Mətanət, bu mahnını çox oxu. Sən demə, bunu öz dərdim üçün yazmışam. Bəlkə də onun ruhu indi orada əziyyət çəkir".

Milli.Az