Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə nömrələrin dövrü bitir.
Milli.Az ajans.az-a istinadla xəbər verir ki, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni standartlara əsasən, artıq region kodu 2 yox 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
• ilk 3 rəqəm - region kodu,
• ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
Milli.Az