Ukrayna ABŞ-nin hazırladığı sülh planını rədd etdi

20 Noyabr 2025 20:24

Ukrayna hakimiyyəti ABŞ-nin Rusiya ilə birlikdə hazırladığı yeni sülh planını rədd edib.

Milli.Az xəbər verir ki, Kiyev hesab edir ki, plan hazırkı formada Kremlin "maksimalist tələbləri"nə uyğun gəlir və Ukraynanın maraqlarını əks etdirmir.

Mənbələr bildirir ki, sənəd ciddi dəyişikliklər edilmədən qəbul oluna bilməz. 28 maddəlik plan Ukraynanın NATO-ya üzvlük hədəfini konstitusiyadan çıxarmasını və Qərb ölkələrinin Kiyevin heç vaxt alyansa qoşulmayacağını təsdiqləməsini nəzərdə tutur.

Asya
Milli.Az