Xalq artisti Mələkxanım Eyyubova tezliklə nənə olmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, Onun bloger qızı Nəzrinin hamilə olduğu barədə məlumatı ailəyə yaxın şəxslər də təsdiqləyiblər.
Müğənni Mərdan Kazımovun dünənki konserti zamanı görüntülənən Nəzrinin artıq böyüməyə başlayan bəbək qarnı diqqətdən yayınmayıb.
Konsert boyu həyat yoldaşına dəstək olan Nəzrin səmimi görüntüləri ilə izləyicilərin marağına səbəb olub.
Ailə yaxın zamanda yeni övlad sevincini yaşayacaq.
Musa
Milli.Az