Prezident Sərəncam imzaladı

20 Noyabr 2025 16:31

"Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da 7 şəhər (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Xırdalan, Qazax, Bərdə) üzrə quraşdırılacaq liftlərin ümüumi sayı 200-dən 207-yə, Bakı şəhəri üzrə isə 141-dən 148-ə dəyişdirilib.

Milli.Az