Azərbaycanda fəaliyyət göstərən qida şirkətinin istehsal etdiyi məhsullar bir sıra ölkələrdə satışdan geri çağırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İstehlakçılardan gələn şikayətlər əsasında məhsulların tərkibində etikətdə göstərilməmiş süd allergeninin ola biləcəyi barədə şübhə yaranıb. Bu isə allergiyası olan insanlar üçün risk yarada bilər.

Geri çağırılan məhsullar:
• Qoz dadlı kremli vafli
• Vanil dadlı kremli vafli
Çəki: 200 qram
Partiya nömrəsi: 32047
İstehsal və istifadə müddəti: 07.07.2025 - 07.01.2027
İdxalçı: Alaska Parkmatia
Distribyutor: Keshet Giborim Marketing Ltd
İstehsalçı: Bulok LTD MMC, Azərbaycan, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 13
Südə və ya məhsulun etiketində göstərilən digər allergenlərə qarşı həssaslığı olan şəxslərə xəbərdarlıq edilib ki, geri çağırılan bu məhsulları qətiyyən istehlak etməsinlər.
Qeyd edək ki, allergiyası olmayan istehlakçılar üçün isə məhsulun istifadəsinin təhlükə yaratmadığı bildirilir.
İsmayıl
Milli.Az