Dağıstanda baş verən "Ka-226" helikopter qəzasında sağ qalan pilot həbs olunub.
Milli.Az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, helikopterin pilotu ehtiyatsız davranış nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olmaqla təhlükəsizlik qaydalarını pozmaqda günahkar bilinib.
Məlumata əsasən, pilot yeddi ilədək həbs cəzası ala bilər. Müstəntiqin təqdim etdiyi vəsatət əsasında məhkəmə təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, helikopter qəzası noyabrın 7-də günorta saatlarında, Açi-su kəndi yaxınlığında baş verib. Helikopter sərt eniş edib və zərbə nəticəsində partlayıb, hadisə zamanı isə beş nəfər həyatını itirib.
Milli.Az