Mc Donald`s ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər narahatlıq doğurur.
Milli.Az xəbər verir ki, işçilərdən birinin çəkdiyi görüntüləri paylaşan türkiyəli həkim videonu "uşaqlarınız sizdən kartof fri istədikdə bu görüntüləri göstərin" şərhini qeyd edib.
Kadrların hansı ölkədə çəkilməsinə dair məlumat yoxdur.
Fast-food restoranlarının qızartmaları sadəcə "yağlı" olmaqla bitmir. Əsas problem, istifadə olunan yağların yüksək temperaturda dəfələrlə qızardılmasıdır.
Həkim bildirir ki, yağlar dəfələrlə qızdırıldıqda oksidləşərək keyfiyyətini itirir. Bu prosesdə zərərli trans yağlar və sərbəst radikallar yaranır.
Trans yağların təsirləri:
Üstəlik, belə yağlar bağırsaq mikrobiyotuna zərər verir və hüceyrələrin erkən yaşlanmasına səbəb olur.
Qızartmanı evdə hazırlamaq, yağı bir dəfə istifadə etmək daha təhlükəsizdir. Restoran yeməklərindən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Bu sadə addımlar həm ürək-damar sağlamlığını qoruyur, həm də uzunmüddətli xəstəlik riskini azaldır.
İsmayıl
Milli.Az