Dağıstanda, Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu Ka-226 tipli helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, hadisənin son anları ətrafdakı sakinlər tərəfindən kameraya qeydə alınıb. Qəza nəticəsində helikopterdəki 5 nəfər ölüb.
Görüntülərdən görünür ki, helikopter məcburi eniş cəhdi zamanı burnunu yuxarı qaldırıb və quyruq hissəsi ilə iskələyə çırpılıb, zərbənin təsiri ilə quyruq hissəsi qırılıb.
Əvvəlcə heyət suya enməyə çalışsa da, səthə toxunduqdan sonra yenidən havalanaraq alternativ eniş yeri axtarıb. Qısa müddət sonra idarəetməni itirən helikopter parçalanaraq Açıq-su yaşayış məntəqəsindəki boş bir evin üzərinə düşüb və alovlanıb.
Hadisə zamanı "Qızılyar Elektromexanika Zavodu"nun 7 əməkdaşından beşi həyatını itirib. Ölümlər arasında şirkətin tikinti və nəqliyyat üzrə baş direktor müavini, baş enerji mühəndisi, helikopter dizaynı üzrə baş mühəndis, sürücü və qəza sonrası xəstəxanada dünyasını dəyişən uçuş texniki yer alır.
Faktla bağlı istintaq aparılır.
Hüseyn
Milli.Az