Xəbər veridyimiz kimi, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus "Rahat Market"in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Milli.Az xəbər verir ki, sözügedən obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.
Hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilən obyekt müsadirə olunaraq dövlət hərracında satılacaq.
Super marketin önündə çəkiliş aparan jurnalistlə mübahisə qeydə alınıb. Belə ki, onun peşə fəaliyyətini yerinə yetirməsinə maneə cəhdi olub.
Milli.Az