Olaylar.az xəbər verir ki, tanınmış yazıçı-publisist Yunus Oğuzun dörd yeni kitabı - "Avcı", "Atabey ve Haşhaşiler", "Cığır" və "Cengiz Han" - Türkiyə türkcəsində işıq üzü görüb. Əsərlər Türkiyənin "Bilgə Tonyukuk Yayınları" tərəfindən nəşr olunub. Müəllifin kitablarının qardaş ölkədə çapı ədəbi əlaqələrin genişlənməsinə, həmçinin Azərbaycan tarixinin və ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.

Yeni nəşrlər Türkiyədə tarixi roman janrına xüsusi marağı olan oxucular üçün ayrıca əhəmiyyət daşıyır. Yunus Oğuzun əsərlərində türk mifologiyası, Orta əsr dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri və tarixi şəxsiyyətlərin taleyi bədii təhkiyə ilə təqdim olunur.
Yunus Oğuzun kitablarının Türkiyə türkcəsində nəşri Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından da mühüm bir addım kimi dəyərləndirilir.
Milli.Az