COP31 Türkiyədə olacaq

20 Noyabr 2025 12:06

Türkiyə gələn il BMT-nin İqlim Sammiti COP31-ə ev sahibliyi edəcək, Avstraliya isə hökumətlərarası danışıqlar prosesinə rəhbərlik edəcək.

Milli.Az xəbər verir ki, tədbir Antalya şəhərində keçiriləcək. Bununla da Türkiyə BMT-nin ən vacib iqlim forumunun keçiriləcəyi yer barəsində Avstraliya ilə uzun müddətdir davam edən mübahisəyə son qoyub.

Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Avstraliya 2026-cı ildə Sakit okean ölkələri ilə birgə keçiriləcək BMT iqlim forumundan əvvəl Türkiyə ilə danışıqlar aparmaq barədə razılığa gəlib.

Türkiyə rəsmi iclasa sədrlik funksiyasını öz üzərinə götürəcək.

Fidan
Milli.Az