Baş rollarına Çağatay Ulusoy və Demet Özdemirin çəkildiyi "Eşref Rüya" serialının yayımlanan axırıncı seriyası müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, ekran işində Çiğdem obrazı, Eşrefdən bir gecə birlikdə olmağı tələb edərək, əvəzində satqının adını açıqlamağı təklif edib.
Onun sözləri: "Mənim ol... Yalnız bir gecə... Çox ciddiyəm, yalnız bir gecə... Sonra nə istəyirsənsə edə bilərsən" izləyiciləri təəccübləndirib.
Səhnə yayımlandıqdan dərhal sonra sosial mediada gündəm yaradıb və müzakirələrə səbəb olub.
İsmayıl
Milli.Az