Elgiz yenə gündəm oldu - Efirdə "yerə yıxılanlar" artıb VİDEO

20 Noyabr 2025 10:19

"Elgizlə izlə" verilişində gözlənilməz anlar yaşanıb. Proqrama müraciət edən Ramil adlı qonağın səhhəti qəfil pisləşib və o, divandan yerə yıxılıb.

Milli.Az-ın məlumatına görə, bu vəziyyətə aparıcı Elgiz Əkbər fərqli şəkildə münasibət bildirib. O, Ramilin davranışını şişirdilmiş hərəkət kimi qiymətləndirib:

"Elə etmə, xoşlamıram. Bu cür şeyləri başqa efirlərdə edərlər. Xahiş edirəm, qalx və yerində əyləş. Sənə kömək təklifimiz var. Hamımız insanıq, belə hallar olur. İndi dərman və su gətirəcəklər, içib özünə gələrsən".

Aparıcı həmçinin son vaxtlar televiziyalarda və musiqiçilər arasında bu tip "yerə yıxılma" hallarının artdığını vurğulayaraq bundan narazı olduğunu dilə gətirib.

Ramil isə səhhətinin doğrudan da pisləşdiyini bildirib.

Milli.Az