Azərbaycanda ərzaq təhlükəsizliyinin HASP standartının tətbiq olunması təklif edilir
1 Avqust 2012 15:35
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azad İstehlakçılar Birliyinin eksperti Sənan Kərimov bildirib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın qanunverici bazası günün tələblərinə cavab vermir.
"BMT-nin yeyinti və səhiyyə üzrə birgə komissiyasının tövsiyəsinə görə, bütün ölkələrdə məhsulun tarladan istehlakçının stolunun üstünə çatdırılmasına kimi izlənməsi standartı olan HASP tətbiq olunmalıdır", - Kərimov deyib.
Ekspert bildirib ki, bu standartın tətbiq olunması ilə Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxarılması da təmin olunacaq.
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, bu ilin ötən 6 ayı ərzində 616 zəhərlənmə faktı qeydə alınıb. Lakin qeydiyyata düşməyən insanları da nəzərə aldıqda bu rəqəm daha yüksəkdir.
Milli.Az