Avro ucuzlaşdı, rubl bahalaşdı - RƏSMİ

20 Noyabr 2025 09:18

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, noyabrın 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0401 manat təşkil edib.

Avro 1,9581 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1111 kimi bahalaşıb.

Milli.Az