Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az