Rəqsanənin borclu olduğu şəxs danışdı: "Onu biz buraxdırdıq"

20 Noyabr 2025 00:14

Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıqlama verib.

Milli.Az xəbər verir ki, Gündüz Məmmədov müğənninin onlara qarşı 520 min dolar dələduzluq etdiyini bir daha qeyd edib.

"Rəqsanə İsmayılova zəng edib dedi ki, çətin vəziyyətdədir. Evdə azyaşlı uşaqları var. Biz də onun vəziyyətini nəzərə aldıq, onu buraxdırdıq. Şikayətimizi geri götürməmişik. Pulu ödəməyini gözləyirik" deyə o, qeyd edib.

Xəbər verdiyimiz kimi, Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Lalə Qüdrətova
Milli.Az