Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kazımovun bu gün toyudur.
Milli.Az xəbər verir ki, aktyor 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə həyatı qurur. Cütlüyün özəl günü şəhər restoranlarından birində keçirilir.
Məclisdə şou-biznes nümayəndələri də iştirak edir.
Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. Onların nişanı avqustda olub. (Axşam.az)
Toydan görüntüləri təqdim edirik:
Milli.Az