Kenan Yıldız yeni müqaviləyə imza atır

19 Noyabr 2025 22:39

Yuventusun Futbol Strategiya Direktoru Corco Kiellini Türkiyə millisinin futbolçusu Kenan Yıldızla uzun müddətdir davam edən müqavilə yeniləmə danışıqlarında sona gəldiklərini açıqlayıb. 

Milli.Az xəbər verir ki, klub rəhbərliyi gənc ulduzla yeni müqavilə üzrə razılığa gəldiyini təsdiqləyib.

Corco Kiellini danışıqlarla bağlı bunları deyib: "Kenan Yıldızla müqavilə yeniləməyə çox yaxınıq, rəsmi imzalar atıldıqdan sonra hər şey tamamlanacaq. Hər iki tərəf də bu anlaşmanı çox istəyirdi, amma proses bir qədər vaxt aldı."

İtaliya klubunda 10 nömrəli formanı daşıyan gənc hücumçunun indiyədək Yuventusla meydana çıxdığı 98 oyunda 19 qol və 15 asisti qeydə alıb.

Lalə Qüdrətova
Milli.Az