Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd olunur ki, noyabrın 20-də saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Milli.Az